"Barselona"nın baş məşqçisi qovuldu

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik diskvalifikasiya edilib.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 16-cı turunda "Betis"lə 2:2 hesablı bərabərliyə razılaşan Kataloniya təmsilçisinin çalışdırıcısı həmin görüşdə hakimlə mübahisə edərək qırmızı vərəqə aldığı üçün 2 çempionat oyununda texniki zonada olmayacaq.
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən cəzalandırılan alman mütəxəssisin 10 gün ərzidə appellyasiya şikayəti vermək hüququ var.
Qeyd: Flik matçın hakimi Alexandro Ruislə komandasının qapısına penalti təyin edildiyinə görə insident yaşamışdı.
© Copyright 2025, All Rights Reserved