Baş hakim: “Alvarez 99 faiz topa iki dəfə toxundu deyə VAR-a dedim”

Real Madrid - Atletiko Madrid matçının baş hakimi Şimon Marçinyak Çempionlar Liqasının 1/8 finalında, penaltilər seriyasında Xulian Alvarezin vurduğu qolu sayılmaması ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, topa iki toxunuşu gördüyünü belə izah edib:
“Mən Alvarez 99 faiz topa iki dəfə toxundu deyə VAR-a məlumat verib onlardan bunu yoxlamalarını istədim.
Mbappenin mənə xəbərdarlıq etdiyi iddiası yalandır”.
Qeyd: Dünən UEFA ikiqat toxunuşun qəsdən olmadığı halda qaydaya yenidən baxılmasının lazım olduğunu müəyyən etmək üçün FIFA və IFAB ilə müzakirələrə girəcəyini açıqladı.
Həmçinin oxu: https://www.90plus.az/alvarezin-topa-2-df-toxundugunu-gorn-lini-qaldrsn/xeber/
© Copyright 2025, All Rights Reserved