Bəhlul millinin oyunlarını buraxacaq

Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
90plus.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz ciddi itki ilə üzləşib. Yığmanın futbolçusu Bəhlul Mustafazadə heyətdən çıxarılıb. Buna “Qarabağ”ın müdafiəçisinin zədəsi səbəb olub.
Qeyd: Komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, oktyabrın 14-də isə Bakıda Slovakiya ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved