“Bolqarıstanda biz, burada "Qarabağ“

"Ludoqorets"in baş məşqçisi Georgi Dermenciev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Qarabağ"la Bakıda qarşılaşacaqları oyun öncəsi fikirlərini bildirib.
90plus.az xəbər verir ki, Bolqarıstan klubunun çalışdırıcısı Bakının hədsiz istisi və "Qarabağ"ın gücündən qorxmadıqlarını söyləyib: "Hava şəraitinin isti olmasına baxmayaraq, oyun yaxşı keçəcək. "Ludoqorets"in də böyük təcrübəsi var. Çox güclü komandalardan biriyik. İstəyirik ki, digər matçlardakı səhvlər "Qarabağ"la oyunlarda olmasın. Ona görə də strategiyanı bir az dəyişəcəyik".
"Qarabağ" ən yaxşı komandalardan biridir. Qurban Qurbanov 10 ildən artıqdır ki, klubdadır və ən güclü məşqçilərdən biridir. Onlar beynəlxalq arenada öz yerlərini tutub. Biz də həmçinin, çox böyük təcrübəyə malikik. Çox maraqlı və gözəl matç olacaq".
"Qarabağ"la "Ludoqorets"in oxşarlığı: "Bəli. "Qarbağ" və "Ludoqorets" komandalarının strategiyaları oxşardır. Bolqarıstanda biz, burada "Qarabağ" hegemondur".
Qeyd: Sabah - avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ - Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved