Braziliya millisi Ançelotti ilə müqavilə uzadır
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti vəzifəyə yeni təyin olunmasına baxmayaraq artıq müqaviləsini uzatmağa yaxındır. İtaliyalı mütəxəssis 2025-ci ilin may ayında komandaya rəhbərlik etməyə başlayıb.
90plus.az xəbər verir ki, təcrübəli çalışdırıcı media nümayəndələrinə açıqlamasında gələcəyi ilə bağlı bunları deyib:
“Düşünürəm ki, Braziliya ilə müqaviləni dörd il müddətinə yeniləyəcəyəm. Bu, yeni işdir və çox xoşuma gəlir – analiz və yenilik imkanları var.”
Ançelotti futbol tarixinin ən uğurlu məşqçilərindən biri hesab olunur. O, Avropanın “böyük beşlik” çempionatlarının hər birində baş məşqçi kimi çempionluq qazanmağı bacarıb.
Bununla belə, bu təcrübəli mütəxəssisin milli komanda səviyyəsində ilk işidir. Braziliya rəhbərliyi italiyalı məşqçinin komandaya növbəti dünya çempionluğunu qazandıracağına inanır.
Qeyd: Ançelottinin rəhbərliyi altında Braziliya bu yay keçiriləcək dünya çempionatında əsas favoritlərdən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved