Bruno Fernandes Ronaldonu geridə qoydu
Bruno Fernandes “Man Yunayted”də 200-cü qol iştirakına çatdı.
90plus.az xəbər verir ki, Premyer Liqada “Tottenhem Hotspur” üzərində 2-0 hesablı qələbədə “Man Yunayted”in futbolçusu Bruno Fernandes vacib qol vurub.
Bu qolla Portuqaliyalı yarımmüdafiəçi həm də “Qırmızı Şeytanlar” üçün Premyer Liqa dövründə 200-cü qol iştirakına çataraq əlamətdar bir göstəriciyə imza atıb.
Fernandes 314 oyunda 104 qol və 96 asistlə bu uğuru əldə edib və “Man Yunayted” tarixində 200 qol iştirakına ən sürətli çatan ikinci oyunçu olub.
O, bu rekordunu Rayan Giggs, Kristiano Ronaldo və Devid Bekham kimi oyunçulardan daha tez reallaşdırıb.
Yalnız Ueyn Runi Fernandesdən daha sürətli olaraq Premyer Liqada “Man Yunayted” üçün 200 qol iştirakına nail ola bilib.
© Copyright 2026, All Rights Reserved