Bu ölkədə çempion bəlli oldu - ARDICIL 3-CÜ DƏFƏ
Niderlandın PSV klubu ardıcıl üçüncü dəfə Erediviziyanın qalibi olub.
90plus.az xəbər verir ki, Eyndhoven təmsilçisi çempionatın başa çatmasına 5 tur qalmış çempionluğu rəsmiləşdirib.
Buna ən yaxın izləyicisi "Feyenoord"un 29-cu turda xal itirməsi səbəb olub. Rotterdam klubu "Volendam"la oyunda (0:0) qələbə qazana bilməyərək liderə çatmaq şansını itirib. Hazırda ikinci pillədə qərarlaşan "Feyenoord" birinci yerdən 17 xal geri qalır. Üçüncü sırada isə "Neymegen" yer alır.
Bu nəticə ilə PSV tarixində 27-ci dəfə Niderland çempionu olub. Klubun aktivində həmçinin 11 ölkə kuboku, 15 Superkubok, eləcə də beynəlxalq arenada qazanılan Avropa Çempionlar Kuboku və UEFA Kuboku kimi titullar var.
Qeyd: 29-cu tur çərçivəsində keçirilən PSV – "Utrext" qarşılaşması meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved