Bukayo Saka “Real”la matçda iddialıdır

"Arsenal"ın 23 yaşlı vingeri Bukayo Saka Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"lə qarşılaşma öncəsi böyük iddia ilə çıxış edib.
90plus.az xəbər verir ki, ən nüfuxlu klub turnirində komandasının gücünü belə nümayiş etdirib:
Bukayo Saka: “Son iki ildə Çempionlar Liqasında heç bir ev oyununda məğlub olmamışıq. Əminəm ki, onlar bunu bilirlər. Onlar hazır olmalıdırlar, çünki biz “Emirates”də kifayət qədər yaxşıyıq”.
Qeyd: Saka gələcəyi ilə bağlı suala "uşaqlıq klubumda qalmaq arzusunu təsdiqləyirəm" deyə cavab verib. "Arsenal - Real" matçı 8 aprel saat 23:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved