"Cavab matçımıza azərbaycanlı hakim verin" - Okan Buruk

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk azərbaycanlı hakim istədi.
90plus.az xəbər verir ki, dünən "Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçına çıxıb. Rəqib İsveçrənin "Yanq Boyz" klubu olub. Matç ev sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra qonaq komandanın baş məşqçisi Okan Buruk UEFA-nı hakim təyinatında tənqid edib:
"Yanq Boyz" alman kökənli bir klubdur. Həmin matça almaniyalı hakim təyin edirlər. Bu nə deməkdir? Gələn matça da azərbaycanlı hakim versinlər, şərtlər bərabərləşsin.
Hər şeyə fit çalırdı. Gərəksiz sarı kartlar göstərirdi. Belə olanda tempi yüksək saxlamaq olmur. Bu səviyyədəki oyunlarda belə hakimlərin təyinatı gülüncdür".
Qeyd: Okan Buruk keçən mövsüm Avropa Liqasında "Sparta Praqa" ilə matçda qırmızı vərəqə aldığı üçün oyunu tribunadan izləyib.
© Copyright 2025, All Rights Reserved