Çempionlar Liqasında 55 ildən sonra rekord

UEFA Çempionlar Liqasında 21-ci əsrin yeni rekordu qeydə alınıb.
90plus.az xəbər verir ki, Liqa mərhələsinin 8-ci turunda turnirin məhsuldarlıq rekordu yenilənib.
Bir oyun günündə 64 qol vurulub ki, bu da 21-ci əsrdə (seçmə mərhələlər istisna olmaqla) analoqu olmayan göstəricidir.
Turnir tarixinin ümumi rekordu isə 1970-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Kuboku adlanan yarışda bir gündə 66 qol vurulmuşdu.
Mənbə: UEFA
© Copyright 2025, All Rights Reserved