“Çelsi”də Mareskanı o əvəz edəcək
BBC-nin məlumatına görə, Liam Rozenior “Çelsi”nin yeni baş məşqçisi postuna əsas namizəd hesab olunur.
90plus.az xəbər verir ki, 41 yaşlı ingilis mütəxəssis hazırda “Çelsi”nin sahibi olduğu BlueCo qrupuna daxil olan “Strasburq” klubunda çalışır. Fransa təmsilçisi Rozeniorun rəhbərliyi altında ardıcıl ikinci mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı mövqedədir.
Rozenior yanvarın 1-də klub rəhbərliyi və sahiblərlə yaşanan fikir ayrılığından sonra “Çelsi”dən ayrılan Enso Mareskanı əvəzləyə bilər. Mareskanın mümkün əvəzediciləri ilə bağlı digər namizədlər də nəzərdən keçirilir. Eyni zamanda Rozeniorun “Strasburq”dan ayrılması halında onun əvəzləyicisinin tapılması ilə bağlı planlar da hazırlanır.
© Copyright 2026, All Rights Reserved