“Çelsi”də Rahim Sterling ilə yollar ayrıldı
İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” “Mançester Siti”dən transfer etdiyi Rahim Sterling ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, "Mavilər" ingilis hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etdiklərini sosial media paylaşımı vasitəsilə açıqlayıb.
2021-ci ilin yayında “Mançester Siti”dən “Çelsi”yə transfer olunan Sterling ilə klubun yolları rəsmən ayrılıb. Mavilər paylaşımında qeyd ediblər:
“Mançester Siti”dən heyətimizə qatdığımız və 3,5 mövsümdür formamızı geyinən Rahim Sterling ilə yollarımızı ayırmışıq. Klubumuza verdiyi töhfələr üçün Rahimə təşəkkür edir və karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq.”
31 yaşlı hücumçunun həftəlik maaşı 325 min funt olub və “Çelsi”nin ən çox qazanan oyunçularından biri hesab olunurdu. Son bir ildən çox müddət ərzində əsas komanda heyətində müntəzəm çıxış etməyən Sterling ilə klubu arasında bu səbəbdən ayrılıq qərarı qəbul edilib.
© Copyright 2026, All Rights Reserved