“Çelsi”nin yeni baş məşqçisi bəlli oldu
“Çelsi” Enzo Mareska ilə yollarını ayırdıqdan sonra baş məşqçi axtarışını yekunlaşdırıb.
90plus.az xəbər verir ki, London təmsilçisi Fransanın “Strasburq” klubunu çalışdıran Liam Rozenior ilə 2032-ci ilə qədər qüvvədə olacaq 6,5 illik müqavilə imzalayıb.
“Çelsi” rəhbərliyi Mareskanın ayrılığından sonra uzunmüddətli layihə üçün Rozenior üzərində qərarlaşıb. İngilis mütəxəssis son olaraq Fransa Liqa 1 təmsilçisi “Strasburq”da uğurlu çıxışı ilə diqqət çəkib və klubu 19 ildən sonra ilk dəfə Avropa kuboklarına daşıyıb.
Liam Rozenior daha əvvəl İngiltərə Çempionşipində Acun Ilıcalının sahibi olduğu “Hall Siti”ni də çalışdırıb və gənc məşqçi kimi müsbət rəy qazanıb.
Enzo Mareskanın rəhbərliyi altında Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyən “Çelsi” 20 turdan sonra 31 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. London klubu UEFA Çempionlar Liqasında isə topladığı 10 xalla 13-cü yerdə yer alır.
© Copyright 2026, All Rights Reserved