“Çelsi”nin yeni çalışdırıcısı bəllidir, rəsmiləşməyə az qalıb
Liam Rozenyor “Çelsi”yə yaxınlaşır — London görüşü bu gün keçiriləcək.
90plus.az xəbər verir ki, "Çelsi”nin yeni baş məşqçi seçimi yekunlaşmaq üzrədir. Tanınmış insayder Fabrisio Romano xəbər verir ki, Liam Rozenyor bu axşam Londona gəlib və klub rəhbərliyi ilə görüş növbəti 24 saat ərzində baş tutacaq. Mütəxəssisin gələn həftə rəsmi olaraq “Çelsi”nin yeni baş məşqçisi elan olunacağı gözlənilir.
Eyni zamanda “Strasburq” artıq mümkün əvəzləyici axtarışına başlayıb. Bu addım Rozenyorun London klubu ilə müqavilə imzalamasından əvvəl əsas mərhələ hesab olunur. Romano bildirir ki, rəsmi proses çox qısa müddətdə tamamlanacaq və “Çelsi” rəhbərliyi “yeni dövrə tam hazırdır”.
Xatırlatma: 1 yanvar 2026-cı il tarixində “Çelsi” rəhbərliyi baş məşqçi postundan Entso Mareskanı istefaya göndərmişdi.
41 yaşlı Liam Rozenyor daha əvvəl İngiltərənin aşağı liqa klubları olan “Derbi” və “Hall Siti”də çalışıb. O, 2024-cü ildən etibarən “Çelsi”nin faktiki farm-klubu sayılan “Strasburq”a rəhbərlik edirdi. 2024/25 mövsümündə fransız klubu Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və Liqa 1-də 7-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved