Çempionlar Liqası ilə daha 2 komanda sağollaşdı

Çempionlar Liqasında daha iki klubun mübarizəni dayandıracağı dəqiqləşib.
90plus.az xəbər verir ki, bu, Liqa mərhələsinin VI turundan sonra bəlli olub.
Mərhələdə ardıcıl 6-cı dəfə uduzan "Yanq Boyz" və "Slovan Bratislava"nın pley-off şansı qalmayıb. Onlar üçün son iki tur formal xarakter daşıyacaq.
Hazırda 24-cü olan "Dinamo Zaqreb"in 8 xalı var. Xalı olmayan autsayderlər Xorvatiya klubuna çata bilməyəcəklər.
Qeyd: Bir gün əvvəl "Leypziq" də ardıcıl 6-cı məğlubiyyətlə avrokuboklarla vidalaşıb.
© Copyright 2025, All Rights Reserved