Çempionlar Liqası: “Qarabağ” qalib gəlsə, rəqibi kim olar?!

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq və "Qarabağ"ın potensial rəqibinin adı bilinəcək.
90plus.az xəbər verir ki, püşkatma saat 14:00-da başlayacaq.
“Qarabağ” - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq və rəqib Çempionlar yolunda səpələnmişlər səbətində yer alan komandalardan biri olacaq:
Çempionlar yolu
Səpələnmişlər (Potensial rəqiblər):
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Srvena Zvezda” (Serbiya)
"Malmö" (İsveç) - PAOK (Yunanıstan)
"Midtüllan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi
“Yanq Boyz” (İsveçrə)
Səpələnməmişlər
"Qarabağ" - "Lüdoqorets" (Bolqarıstan)
“Qalatasaray” (Türkiyə)
"Slovan" (Slovakiya) - APOEL (Kipr)
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)
Liqa yolu
Səpələnmişlər
"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya) - “Union” (Belçika)
Səpələnməmişlər
“Lill” (Fransa) - "Fənərbaxça" (Türkiyə)
“Zalsburq” (Avstriya) - “Tvente” (Niderland)
Qeyd: Pley-off matçıarı 20-21 və 27-28 avqust tarixlərində olacaq.
© Copyright 2025, All Rights Reserved