Çempionlar Liqasında həftənin oyunçusu ingilis seçildi

Deklan Rays Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları baş tutub. Oyunlardan sonra Deklan Rays bu həftənin oyunçusu seçilib. O, “Real”la oyunda əldə olunan 3-0-lıq qələbədə iki heyrətamiz qol vurmuşdu, özü də hər ikisi cərimə zərbəsindən qeydə alınmışdı.
Rays tərəfdarların səsverməsi ilə PSJ-dən Xviça Kvaratsxeliya, “Barsa”dan Robert Levandovski və “İnter”dən Alessandro Bastonini üstələyib.
© Copyright 2025, All Rights Reserved