Çempionlar Liqasının yeni formatı bu cür olacaq

UEFA Çempionlar Liqasının yeni formatına əsasən qruplar ləğv olunur.
90plus.az xəbər verir ki, püşkatmaya görə 4 səbətin (hər biri 8 komanda) komandaları hər səbətdən 2 klubla düşəcək. Ümumi hər komanda 8 oyun keçirəcək.Amma o 8 klubun hər biri ilə 1 oyun olacaq. Səfər yoxsa ev oyunu o da püşkdə düşəcək.Liqa yolundakı bu 36 komanda arasında 8 oyunun nəticəsinə görə ilk 8 yeri tutan klub birbaşa 1/8 finalda olacaq. 9-24-cü yerləri tutanlar isə (16 klub) yenidən pley-off oynayacaq. Və 8-i mübarizəni dayandırıb, 8-i isə 1/8 finala gedəcək. Əvvəlki 1/8 -ə vəsiqə qazananlarla son pley-offdan gələn 1/8-lər 16 komanda olub əsas final mərhələsində oynayacaqlar.
Qeyd: Çempionlar Liqasının püşkatması 29 avqustda Monakoda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved