Dembele özünü ən yaxşı hesab etməyib və mükafata əsəbləşib

Aston Villa 3➖2 PSJ matçının ən yaxşı oyunçusu seçilən Usman Dembele UEFA-nın bu qərarı ilə razılaşmayıb.
90plus.az xəbər verir ki, bu mövsüm 7 qol və 3 məhsuldar ötürmə ilə Çempionlar Liqasının yarımfinalçısı olan 27 yaşlı fransız ulduz bu matçda ən yaxşı olmadığını deyib:
Dembele: "Mənim üçün matçın ən yaxşısı Donnarumma idi".
O, mükafatı qəbul etmək istəməyib. UEFA nümayəndəsi onu razı salmağa çalışıb. Amma o, qurum rəsmisinin təklifinə məhəl belə qoymayıb. Daha sonra Dembeleni mükafatla şəkil çəkdirməyə razılşdırıblar. Və Dembele fotoda narazı mimika ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved