Dembele: “Tarixdə ilk kubokumuzu almaq istəyirik”

PSJ-nin ulduz oyunçusu Usman Dembele bu gün Çempionlar Liqasının 1/4 finalının cavab görüşündən öncə düşüncələrini söyləyib.
90plus.az xəbər verir ki, 27 yaşlı fransız vinger əsas arzusunu dilə gətirib:
“Çempionlar Liqasını qazanmaqdan hələ çox uzaqdayıq, amma məni motivasiya edən ortaq çempionluqdur. Komandamızın tarixində ilk Çempionlar Liqası kubokunu qazanmaq istəyirik və bu hədəfə doğru addım-addım irəliləyəcəyik”.
Qeyd: "Aston Villa - PSJ" matçı bu axşam saat 23:00-da başlayacaq. İlk oyunda Fransa klubunun 3-1 üstünlüyü var.
© Copyright 2025, All Rights Reserved