"Dinamo" daha təcrübəlidir" -Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Dinamo Zaqreb"lə oyundan öncə müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
Rəqib haqqında: "Fərqli rəqiblərdir. Mən dəfərlərlə futbolçulara demişəm ki, hər mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Getdikcə rəqiblər də sənə ciddi yanaşır. "Dinamo" ilə "Ludoqorets" fərqli rəqiblərdir. "Dinamo" daha təcrübəlidir".
Komandamız haqqında: "Nəticə üçün maksimum oynamağı bacaran bir rəqibdir. Ümid edək ki, bizim üçün də belə rəqibə qarşı oynamaq xoş olacaq. Sabah daha intimzalı və səliqəli oynamalıyıq. Ola bilər ki, bu rəqib daha böyük basqı yaratsın. Çünki daha böyük azarkeş dəstəyi var. Komandamızın fiziki hazırlığı pis deyil. Elə bir mərhələdəyik ki, komanda oyundan-oyuna özünü daha yaxşı hiss edir".
Qeyd: "Dinamo Zaqreb" - "Qarabağ" matçı sabah 23:00da başlayacaq.
© Copyright 2025, All Rights Reserved