“Dortmund”un baş məşqçisi: “Ümid sonda ölər”

"Borussiya Dortmund"un baş məşqçisi Niko Kovaç ötən gecə Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Barselona"ya 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra fikir bildirib.
90plus.az xəbər verir ki, Niko Kovaç Dortmund təmsilçisinin çıxışından məyus olduğunu belə ifadə edib:
"Bu, layiqli məğlubiyyət idi, amma qol vura bilərdik, çünki cavab oyununun çox çətin olacağını hamımız bilirik".
“Mən optimistəm, amma realist olmalıyam... bu, çox böyük nəticə idi, keçmək şansımız minimaldır.
"Çətin olacağını bilirik, amma ümid qığılcımına sahib olmalıyıq, çünki bu qığılcım olmadan mümkün olmayacaq. Ümid sonda ölər".
Qeyd: Tərəflərin cavab matçı 15 aprel saat 23:00-da olacaq.
© Copyright 2025, All Rights Reserved