Endrik Qonzalesi “vurub-keçdi”

”Ştuttqart”la oyunda fərqlənən Endrik “Real Madrid” tarixində Çempionlar Liqasında qol vuran ən gənc oyunçu olub.
90plus.az xəbər verir ki, braziliyalı Endrik bunu 18 yaş 58 günlüyündə etməklə Raul Qonzalesi ötüb-keçib: 18 yaş 113 günlük.
Endrik eyni zamanda UEFA Çempionlar Liqası tarixində qol vuran ən gənc braziliyalı futbolçudur - 18 yaş, 1 ay, 27 günlük.
Qeyd: Forvard 3-1 bitən oyunda "Real"ın 3-cü qolunun müəllifi olub.
© Copyright 2025, All Rights Reserved