Enrike ambisiyalı mesaj yolladı

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasında yarımfinala adlamasına münasibət bildirib.
90plus.az xəbər verir ki, 54 yaşlı ispan mütəxəssis klubun saytına verdiyi açıqlamada komandası ilə belə öyünüb:
”Komandamla fəxr edirəm. Düşünürəm ki, mən dünyanın ən yaxşı komandasına sahibəm”.
Daha sonra Enrike komandasının həm güclü tərəflərini, həm də az qala onlara baha başa gələn səhvlərini etiraf edib: "Yarımfinala yüksəlmək heç vaxt asan deyil və ardıcıl ikinci ildir ki, bunu etmək həqiqətən özəldir. Oyuna mükəmməl başladıq, lakin sonra diqqətimizi itirdik. Həddindən artıq özünə inam heç vaxt yaxşı müttəfiq deyil".
İspan mütəxəssis həm də fürsətdən istifadə edərək ambisiyalı mesaj da göndərib: "Bu komanda keçən mövsümdən daha güclüdür. Biz böyüdük və hər titul uğrunda mübarizə aparacağıq."
Luis Enrikeli PSJ bu mövsüm:
”Monako” ilə dueldə Fransa Super Kubokunu qazandı
Liqa 1 çempionluğunu qazandı;
Çempionlar Liqasının yarımfinalında “Real Madrid” və ya “Arsenal”a qarşı çıxış edəcək;
“Coupe de France” finalında “Reyms”ə qarşı oynayacaq.
Qeyd: Fransa təmsilçisi yarımfinalda "Real - Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved