Enzo Mareskadan "Çelsi"yə "ENDİRİM"
Enzo Mareska “Çelsi” ilə yollarını ayırarkən kompensasiyanın müəyyən hissəsindən imtina edib və bununla da klubun maliyyə yükünü azaltmağa razılıq verib.
90plus.az xəbər verir ki, tərəflərin hər ikisi tez bir zamanda ayrılığın baş tutmasında maraqlı olub. Bu gün London təmsilçisi italiyalı çalışdırıcının baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını rəsmən elan edib.
Xatırlatma: Mareska “Çelsi” klubunda təxminən 1 il yarım fəaliyyət göstərmişdi.
© Copyright 2026, All Rights Reserved