Enzo Mareskanın postu laxlayır
Fabrizio Romanoya görə, “Çelsi” Enzo Mareskanın gələcəyini analiz edir, vəziyyər gərgindir.
90plus.az xəbər verir ki, klub son nəticələri və komandanın ümumi vəziyyətini qiymətləndirir.
“Vəziyyət gərgindir, şübhələr isə artır,” – Romano bildirir.
Əvvəlcə bir neçə mənbə də açıqlamışdı ki, Mareskanın vəzifəsi son nəticələr fonunda təhlükə altındadır. “Çelsi” son 8 Premyer Liqa matçından yalnız birində qələbə qazanıb.
Mareska 2024-cü ilin iyulundan bəri “Çelsi”nin baş məşqçisidir. O, komandaya 90 oyunda 55 qələbə və 15 heç-heçə qazandırıb, həmçinin Klubların Dünya Çempionatı və UEFA Konfrans Liqasının titulunu qazanıb.
© Copyright 2026, All Rights Reserved