Erlinq Haaland hamını qabaqladı
“Mançester Siti”nin hücum xəttinin lideri Erlinq Haaland Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu kimi tanınıb.
90plus.az xəbər verir ki, yalnız beynəlxalq matçlarda vurulan qolların daxil edildiyi siyahıda norveçli hücumçunun aktivində ümumilikdə 29 qol var. Bu qollardan 12-si “Mançester Siti”nin, 17-si isə Norveç milli komandasının heyətində qeydə alınıb.
Tarixə nəzər saldıqda, Haaland bu göstərici ilə yalnız 2017-ci ildə 32 beynəlxalq qol vuran Kriştiano Ronaldodan geri qalaraq ikinci pillədə qərarlaşıb.
2025-ci ilin reytinqində “Bavariya”nın və İngiltərə yığmasının üzvü Harri Keyn 23 qolla ikinci, Madrid “Real”ının forvardı Kilian Mbappe isə 22 qolla üçüncü sırada yer alıb.
© Copyright 2026, All Rights Reserved