Erlinq Haalanddan 35 mininci qol
Norveçli ulduz Erlinq Haaland Premyer Liqada simvolik qolu vuran futbolçu olub.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin əsas qol silahı Erlinq Haaland İngiltərə Premyer Liqasının salnaməsində xüsusi yer tutan hadisənin mərkəzində olub. Norveçli hücumçu çempionat tarixində vurulan yubiley qolunun müəllifi kimi qeydə alınıb.
Bu əlamətdar an 21-ci tur çərçivəsində “Brayton”la keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada yaşanıb. Görüşün 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Holann Premyer Liqa tarixinin 35 mininci qolunu vuraraq rekordlar siyahısına adını yazdırıb.
Maraqlıdır ki, turnirdə 30 mininci qol bundan təxminən dörd il əvvəl — 2021-ci ilin avqustunda “Börnli”nin heyətində çıxış edən Kris Vud tərəfindən qeydə alınmışdı.
25 yaşlı hücumçu üçün cari mövsüm də olduqca məhsuldar keçir. Haaland 2024/25 mövsümündə Premyer Liqada keçirdiyi 21 oyunda 20 dəfə rəqib qapılarını silkələyib və bombardirlər siyahısında ilk pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved