Fernandu Santuş: "Milliyə sahib çıxın"

Fernando Santuş azarkeşləri milliyə dəstək olmağa çağırıb.
90plus.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş azarkeşlərə səslənib:
"Sizdən bir xahişim olacaq. Çox istərdim ki, milliyə dəstək olasınız. Azarkeşlərə səslənirəm. “Qarabağ”ın avrokubok oyununa 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 nəfər. Ancaq bölgələrdə, “Turan Tovuz”un ev oyunlarına azarkeşlər gəlir. Milli komandadan yapışın.
Bu, gələcəyin layihəsidir. Milliyə inanın. Məni dəstəkləmək lazım deyil, oyunçuların, millinin buna çox ehtiyacı var. Çox istərdim ki, azarkeşlər millinin oyunlarında stadionları doldursunlar".
Qeyd: Azərbaycan sentyabrın 5-də öz meydanında İsveç millisi ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved