FİFA referimiz Avropa Çempionatında 3 oyunu idarə edəcək

FİFA referisi Fəridə Lütfəliyeva UEFA tərəfindən yeni təyinat alıb.
90plus.az xəbər verir ki, AFFA-nın rəsmi xəbərinə görə, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva 17 oktyabrda Yunanıstan – Albaniya və 23 oktyabrda Albaniya – İsrail qarşılaşmalarında baş hakim kimi çıxış edəcək. Həmçinin, 20 oktyabrda Estoniya – Albaniya matçında ehtiyat hakimi funksiyasını yerinə yetirəcək. Digər FİFA referimiz Sevda Nuriyeva isə bütün bu görüşlərdə baş hakimin köməkçisi olacaq.
Qeyd: Bütün oyunlar Albaniyanın Elbasan şəhərində, şəhərin eyniadlı stadionunda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved