Balotelli: “15 yaşımda “Barsa” məni almaq istəyirdi”
Mario Balotelli: “15 yaşım olanda “Barselona” məni transfer etmək istəyirdi”.
90plus.az xəbər verir ki, “Adana Dəmirspor”un hücumçusu Mario Balotelli gənclik illərində “Barselona”ya keçidinin baş tutmamasından danışıb.
İtaliyalı futbolçu “Tribuna”ya açıqlamasında bildirib:
“15 yaşım olanda “Barselona” mənimlə əlaqə saxladı. Təxminən bir ay orada, Barselonada məşq etdim, amma o vaxtkı komandam çox pul istəyirdi. “Barselona” isə gənc oyunçuya bu qədər məbləğ ödəmək istəmədi. Nəticədə mən “İnter”lə müqavilə imzaladım”.
Balotelli əlavə edib ki, həmin müddətdə Bojan Kərkik, Covani dos Santos və Tiago Alkantara ilə birlikdə məşq edib:
“Birinci komandanın futbolçularını isə görmədim. Xeyr, onlarla qarşılaşmadım.”
Balotelli “İnter”ə keçdikdən sonra parladı və gənc yaşında UEFA Çempionlar Liqasının qalibi oldu.
Bununla belə, hücumçunun “pis uşaq” imici onun karyerasına mənfi təsir göstərdi — o, “Mançester Siti” ilə Premyer Liqanı qazansa da, yüksək səviyyəli klublarda sabit çıxış edə bilmədi.
© Copyright 2026, All Rights Reserved