"Fənərbağça" evdə şok məğlubiyyət aldı – Tur şansı çətinləşdi
UEFA Avropa Liqasının son 16 pley-off mərhələsinin ilk qarşılaşmasında "Fənərbağça" doğma meydanda İngiltərə Premyer Liqa təmsilçisi "Nottingem Forest"i qəbul edib.
90plus.az xəbər verir ki, qonaq komanda oyuna daha fəal başlayıb və ilk hissədə iki dəfə fərqlənərək fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Matçın ikinci yarısında da üstün oyun nümayiş etdirən İngiltərə təmsilçisi daha bir qol vuraraq yekun hesabı 3:0 edib.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Beləliklə, "Fənərbağça" cavab oyunu öncəsi tur şansını xeyli çətinləşdirib.
Qeyd: Komandalar arasında cavab qarşılaşması 27 fevral tarixində, saat 00:00-da İngiltərədə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved