"Fənərbağça" Səudiyyə Ərəbistanından futbolçu alır
Xorvatiya millisinin və “Əl-Nəsr”in futbolçusu Marselo Brozoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Fənərbağça”ya transfer olmağa yaxındır.
Məlumata görə, İstanbul klubunun rəsmiləri xorvat futbolçunun keçidi üçün qarşı tərəfdən ilkin razılıq alıblar. Brozoviçin özü də “Fənərbağça”da çıxış etməyə müsbət yanaşır.
Qeyd: Təcrübəli oyunçu 2023-cü ilin iyun ayından “Əl-Nəsr” klubunun formasını geyinir və onun müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved