"Fənırbağça"nın heyətində ciddi itki
"Fənərbağça"nın futbolçusu Marko Asensio zədələnib.
90plus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Beşiktaş" ilə keçirilən derbide (1:0) dizindən xəsarət alıb.
Asensio Superliqanın XXIX turunda "Kayserispor" ilə səfər oyununu buraxacaq. Qarşılaşma aprelin 11-də baş tutacaq.
Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider isə "Qalatasaray" olub, 64 xalı var.
© Copyright 2026, All Rights Reserved