Hakan Çalhanoğlu: “Bunun üçün çox önə çıxa bilmədim”

”İnter” forması ilə Çempionlar Liqasında yarımfinala yüksələn Hakan Çalhanoğlu ürək sözlərini söyləyib.
90plus.az xəbər verir ki, türk futbolçu ölkəsinə dəstəyə görə təşəkkür edib
"Bütün Türkiyəyə təşəkkür edirəm, mənim üçün dua etməyə davam edin. Ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışacağam. Hər kəsə salamlar".
"Bu gün finala doğru çox vacib bir addım atdıq. "Bayern" çox güclü komandadır. 1-0-dan sonra da ən əsası yenə inanmaq və matçda qalmaq idi. Qolumuzu yaxşı qorumağa və qol buraxmamağa çalışdıq, bir az çətinlik çəkdik, amma önəmli olan növbəti tura yüksəlmək idi. Kimmixu oynatmamağa çalışdıq. Arxamda Tomas Müller olduğu üçün Açerbiyə yardım etmeye çalışdım. Bunun üçün çox önə çıxa bilmədim, amma vacib olan qalib gəlmək idi və bunu bacardıq".
“Barselona”ya qarşı yaxşı xatirələrim var. Çempionlar Liqasında indi hər matç çətindir və hər komandaya hörmətimiz var. Düşünürəm ki, bu yolda davam etsək, uğur qazanacağıq. Hədəfimiz finaldır".
Qeyd: "İnter - Barselona" yarımfinal matçları
30 aprel və 6 may tarixlərində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved