“Heyətimiz yetərincə güclüdür” -“Ludoqorets”li futbolçu

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın bu gün qarşılaşacağı "Ludoqorets"in yarımmüdafiəçisi Deroy Duarte iddialı açıqlama verib.
90plus.az xəbər verir ki, komandası barədə yüksək fikirdə olan Kabo-Verde millisinin 25 yaşlı futbolçusu bunları söyləyib:
"Qarabağ"ı yenidən məğlub etmək üçün heyətimiz yetərincə güclüdür. Heç kim asanlıqla təslim olmur. Bunu biz əla başa düşürük. Biz qarşıdakı oyuna yaxşı hazırlaşmışıq.
Fikrimcə, çətin oyun olacaq. Əlbəttə, rəqib çox güclüdür. Amma bizim evdə üstünlüyümüz var".
Oyunun afişası: UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu:
Saat 22:00. Ludoqorets - Qarabağ
Baş hakim: Simon Sozza.
Ludoqorets Arena
İlk oyun: 2:1
Qeyd: Qalib ÇL-in pley-off mərhələsində “Dinamo Zaqreb” ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
© Copyright 2025, All Rights Reserved