İnfantino “Hamı bilir, “İnter"in fanatıyam"

FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter Milan – Barselona” cavab oyununda kimə azarkeşlik edəcəyini deyib.
90plus.az xəbər verir ki, ”İnter, yoxsa Barça? sualına İnfantino qəti cavab verib:
"Hamı bilir ki, mən "İnter"in fanatıyam."
FİFA prezidentinin kimi dəstəkləməsinin böyük planda heç bir əhəmiyyəti yoxdur.
İlk oyunda 3:3 hesablı heç-heçəyə baxmayaraq, "Barselona" finala yüksəlmək üçün möhkəm favorit olaraq qalır.
Bununla belə, “İnter” öz meydanında üç qol vuraraq çətin rəqib olduğunu sübut etdi.
© Copyright 2025, All Rights Reserved