Kadi Borqes 40-a çatdı
Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.
90plus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”la keçirilən görüşdə (2:2) dubl edərək bu göstəriciyə çatıb. Bununla da o, Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını 40-a yüksəldib.
Cənubi amerikalı futbolçu Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda isə 10 (39 oyunda) qol vurub. Kadi “Qarabağ” tarixində 40 və daha çox qol vuran 18-ci oyunçu olub.
Qeyd: Borqes “Qarabağ”dakı ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə keçirilən ev matçında vurub.
© Copyright 2026, All Rights Reserved