Kənan Yıldız tarixə düşdü!

Kenan Yıldız Alessandro Del Pieronu geridə qoyaraq Çempionlar Liqası tarixində qol vuran ən gənc “Yuventus” oyunçusu olub.
90plus.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasının yeni formatda - Liqa mərhələsində ilk qolu vurmaqla tarixə düşən türkiyəli forvard 19 yaş 136 günlüyündə bunu edib.
Del Piero isə 20 yaş 308 günlüyündə bunu bacarmışdı.
Qeyd: 1994 - Del Piero “Yuventus”un ÇL tarixində ən gənc qol vuran oyunçusu oldu.
20 il sonra......
2024 - Kənan Yıldız idealının rekordunu qırır…
Eyni nömrə. Eyni sevinc. Eyni klubda!
Kənan həmçinin yarışda qol vuran ən gənc türk futbolçu olub.
Yeri gəlmişkən, "Yuventus 3 - 1 PSV" matçının ən yaxşı oyunçusu da Kənan Yıldız seçilib. FOTO
© Copyright 2025, All Rights Reserved