Kulusevski: "Bakıda oynamaq çətindir"

İsveç millisinin və "Tottenhem"in hücumçusu Dean Kulusevski millimizlə oyundan sonra açıqlama verib.
90plus.az xəbər verir ki, 24 yaşlı hücumçu milli komandamız haqqında maraqlı fikirlər səsləndirib:
“Azərbaycan millisi çox yaxşı rəqibdir. Heyətdə bacarıqlı futbolçular var. Qalib gəlsək də, bu, heç də asanlıqla başa gəlmədi. Bakıdakı meydanda oynamaq çətindir. Azərbaycan millisi hesabda geri düşsə də, təslim olmur. Oyunçular sona qədər qaçır, mübarizə aparırdılar”.
Qeyd: İsveç millisi Azərbaycanı səfərdə 3-1 hesabı ilə məğlub etməyi bacarıb.
© Copyright 2025, All Rights Reserved