Kurtua: “Bizdə isə Xoselu yox idi…”

”Real Madrid”in qapıçısı Tibo Kurtua ötən gecə "Arsenal"a uduzaraq (1-2; ümumi 1-5) Çempionlar Liqasında mübarizəni dayandırdıqları matçdan sonra düşüncələrini bölüşüb.
90plus.az xəbər verir ki, 32 yaşlı belçikalı qapıçı Xoselunun yoxluğunu xatırlayıb:
”Çoxlu ortaya ötürmələrimiz oldu, "Arsenal"ın ucaboylu oyunçuları var, bizdə isə Xoselu yox idi.
Bəlkə də bu qədər ortaya ötürmə etməkdənsə, komanda futbolu oynamalıydıq.
”Arsenal” bizdən daha yaxşı idi və buna görə də qələbə qazandı.
Qarşıda bizi La Liqa, Kral Kuboku və Klublararası Dünya Çempionatı gözləyir, mübarizəni davam etdirməliyik.
Amma özümüzə daha çox tənqidi yanaşmaq lazımdır, biz fərdi yox, komanda şəklində oynamalıyıq.
Ançelotti ilə bağlı şübhələr var? Bizdə bu yoxdur. Amma biz vəziyyəti qəbul etməliyik”.
Qeyd: ”Real Madrid” ortaya 42 ötürmədən yalnız 7-ni uğurla başa vurub.
© Copyright 2025, All Rights Reserved