"Əl-İttihad"da Benzema böhranı - Oynamaq istəmir
"Əl-İttihad" klubunda Benzema ilə bağlı böhran yaranıb.
90plus.az xəbər verir ki, fransalı ulduz hücumçu gələn oyuna çıxmağı rədd edib. Onun klubla müqavilə yeniləməsi üzrə fikir ayrılığı bu qərarın əsas səbəbi sayılır.
Benzema rəhbərliklə əldə olunmayan razılığa görə komandanın qarşıdakı görüşündə meydana çıxmayacaq. Hücumçu klubun təklif etdiyi şərtlərlə razılaşmadığını bildirib və indiki vəziyyətdə matça qatılmaq istəmədiyini klub rəsmilərinə çatdırıb.
Bu, klub daxilində ciddi gərginlik yaradıb və Benzemanın gələcək taleyi ilə bağlı suallar yaranıb.
© Copyright 2026, All Rights Reserved