"Əl-İttihad" Benzemaya maaşsız müqavilə təklif etdi
“Al İttihad”dan Benzemaya: “Pulsuz oyna!”
90plus.az xəbər verir ki, Kərim Benzema oyunun başlanmasına cəmi bir neçə saat qalmış “Əl-İttihad”ın heyətində meydana çıxmaqdan imtina edib.
Buna səbəb futbolçuya təqdim olunan və onun fikrincə “gülünc” olan yeni müqavilə təklifi olub
2022-ci ilin “Qızıl top” qalibi bu təklifi karyerasına hörmətsizlik kimi qiymətləndirib.
Müqavilədə sabit maaş olaraq 0 avro nəzərdə tutulub və Benzemanın gəliri yalnız 100% imic hüquqlarından əldə ediləcəkdi.
Bu isə faktiki olaraq onun hazırda illik 108 milyon dollar qazandığı müqavilə ilə müqayisədə pulsuz oynaması demək idi.
Bu, klub daxilində ciddi gərginlik yaradıb və Benzemanın gələcək taleyi ilə bağlı suallar yaranıb.
© Copyright 2026, All Rights Reserved