“Real” gərgindir! Günah keçiləri: Vini, Mbappe və hamı
“Real Madrid”in Çempionlar Liqasından kənarlaşmasından sonra klub daxilində ciddi gərginlik var.
90plus.az xəbər verir ki, bəzi futbolçular hesab edir ki, həlledici anlarda Vinisius Junior daha soyuqqanlı davranmalı idi və bu, nəticəyə birbaşa təsir göstərdi.
Digər tərəfdən isə Kilian Mbappenin fərdi oyuna üstünlük verməsi ilə bağlı narahatlıqlar var. Bəzi oyunçular bunun komandanın ümumi performansına mənfi təsir etdiyini düşünür.
“Real Madrid” prezidenti Florentino Peres soyunub-geyinmə otağına daxil olaraq futbolçuları danlayıb:
“Real Madrid üçün bir mövsüm kuboksuz qalmaq uğursuzluqdur. İki mövsüm isə dözülməzdir.
Real Madrid formasını geyinmək imtiyazdır, amma bu həm də məsuliyyətdir və siz bu məsuliyyətin öhdəsindən gələ bilməmisiniz.”
© Copyright 2026, All Rights Reserved