Leva “OUT”; Sörlot “İN” - belə deyilir
“Barselona”dan Sörlot üçün rəsmi addım – Levandovskinin gələcəyi sual altındadır.
90plus.az xəbər verir ki, “Barselona” heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Kataloniya klubu “Atletiko Madrid”in hücumçusu Aleksander Sörlot ilə bağlı rəsmi sorğu göndərib.
Məlumata görə, bu marağın əsas səbəbi komandanın əsas forvardı Robert Levandovskinin gələcəyinin qeyri-müəyyən olmasıdır. Polşalı hücumçuya Avropadan kənar klublardan yüksək maliyyəli təkliflər gəlib. Təcrübəli futbolçu ya bu təklifləri qəbul etməli, ya da “Barselona” ilə maaşı azaldılmış yeni müqaviləyə razılaşmalıdır.
Digər tərəfdən, “Atletiko Madrid” də hücum xəttində dəyişikliklər planlaşdırır. Madrid təmsilçisi əsas diqqətini Xulian Alvares ilə müqavilənin uzadılmasına yönəldib. Klub argentinalı forvardı komandada saxlamaq üçün ona ciddi maaş artımı təklif etməyə hazırlaşır.
Qeyd: Sörlot son dövrlərdə göstərdiyi performansla bir neçə böyük klubun diqqətini cəlb etməyi bacarıb. Onun “Barselona”ya mümkün transferi hücum xəttində ciddi rəqabət yarada bilər.
© Copyright 2026, All Rights Reserved