Yamal oruc halı ilə Çempionlar Liqasında rekord qırıb

"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasında tarixi bir uğura imza atıb.
90plus.az xəbər verir ki, 17 yaş 241 günlük olan Yamal həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc futbolçu kimi rekorda imza atıb.
Yamal "Barselona"nın "Benfika" üzərində 3-1 hesablı qələbəsində böyük rol oynayıb. O, ilk olaraq Rafinhanın qoluna məhsuldar ötürmə edib, daha sonra isə uzaq məsafədən möhtəşəm bir zərbə ilə özü də fərqlənib.
Həmin vaxt Yamal oruc olub. Fasilədə su ilə orucunu açıb.
VİDEO: https://t.me/doxsanplus/99506
Bu mövsüm Yamalın statistikası da diqqət çəkir: o, bütün turnirlərdə 12 qol və 17 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.
"Barselona" bu qələbə ilə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və növbəti mərhələdə "Borussiya Dortmund" və ya "Lill" komandalarından biri ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved