Lamin Yamal: “Sözümü tutacağam”

"Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamal Çempionlar Liqasının yarımfinalında "İnter"ə məğlub olub (3-4, ümumi 6-7) mübarizəni dayandırdıqdan sonra düşüncələrini bölüşüb.
90plus.az xəbər verir ki, hücumları rəqib qapıçı Yan Sommer divarına ilişib-qalan Yamal üzüntüsünü bu cür ifadə edib:
“Biz hər şeyimizi verdik. Bu il alınmadı, amma qayıdacağıq. Şübhə etməyin, ‘Kullers”. Biz bu klubu layiq olduğu ən yüksək səviyyəyə çatdırana qədər dayanmayacağıq. Mən sözümü tutacağam və bu kuboku "Barselona"ya gətirəcəyəm. Ona sahiblənənə qədər dayanmayacağıq. Amma bazar günü bizi daha bir final gözləyir və hamımız birlikdə olmalıyıq. İrəli, ‘Barca!”
Qeyd: Lamin Yamal sözügedən oyunda 14 uğurlu hücum təşkil etdi. Bu, son 15 ildə Neymardan sonra ən uğurlu göstərici sayılır.
© Copyright 2025, All Rights Reserved