“Liverpul” ilə autsayder qarşısında xal itkisi ilə başladı
“Liverpul” yeni ilə Premyer Liqaya yeni yüksələn “Lids Yunayted”lə qolsuz heç-heçə ilə başladı.
90plus.az xəbər verir ki, görüşdə üstün tərəf “Liverpul” idi: topa sahib olma göstəricisi və qol imkanları baxımından rəqibini xeyli üstələdi. Lakin komanda hücumlarda lazımi dəqiqliyi göstərə bilmədi — 17 zərbədən cəmi dördü qapıya dəqiq oldu. Həmin zərbələrin hamısını isə “Lids”in qapıçısı Lukas Perri dəf etdi:
Liverpul 0 - 0 Lids
Nəticədə “Liverpul” bu həftə xallar itirən “Çelsi” və “Mançester Yunayted”dən fərqi artırmaq fürsətini qaçırdı. “Qırmızılar” ilk dördlük uğrunda mübarizədə rəqiblərini hələ də üç xal qabaqlayır - 33 xalla 4-cü yerdədir.
© Copyright 2026, All Rights Reserved