Əliyar Ağayev ÇL-da oyun idarə edəcək

Əliyar Ağayev Çempionlar Liqasının Liqa mərhələsinə təyinat alıb.
90plus.az xəbər verir ki, o, II turda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.
© Copyright 2025, All Rights Reserved