Əliyar Ağayevin səhvi AFFA rəsmisi tərəfindən təsdiqləndi
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinalında baş tutan Turan Tovuz - Zirə qarşılaşmasındakı mübahisəli məqamlarla bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, sədr Əliyar Ağayevin iki epizodda yanlış qərar qəbul etdiyini bildirib.
Həsənov həmçinin Qarabağ - Sabah oyununda Rauf Cabarovun düzgün qərarlar verdiyini qeyd edib.
Qeyd: “Zirə” “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” - “Sabah” görüşü isə 2:2 hesabı ilə yekunlaşıb. Cavab oyunları aprelin 21-22-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved